02Sığorta məhsulları

KASKO 50/50 sığortası nədir?

Bu məhsul KASKO-nu 50% endirimlə ədlə etməyə imkan verir. Belə ki, əvvəlcədən sığorta haqqının yarısı ödənilir. Qalan yarısı isə YALNIZ müqavilə müddəti ərzində sığorta hadisəsi baş verdikdə ödənilir. Bir sözlə, nəticədə səliqəli sürücü üçün KASKO YARI QİYMƏTƏ olur.

Bu necə işləyir?

Deyək ki, Sizin avtomobilinizin bazar dəyəri 20 000 AZN-dir və onun sığorta haqqısı 720 AZN-dir. Siz bu məbləğin yarısını, yəni 360 AZN ödəyərək KASKO-nu əldə edirsiniz. Əgər sığorta hadisəsi baş verərsə, siz ümumi sığorta məbləğinin qalan yarısını, yəni 360 AZN ödəyirsiz. Sığorta hadisəsi baş verməzsə, nəticədə KASKO sizə 360 AZN başa gəlmiş olur.

Avtomobilin bazar dəyəri Əvvəl ödənməli sığorta haqqı Hadisə olarsa ödənməli sığorta haqqı Sığorta təminatı
Qeyri-rəsmi servis 20 000 AZN 720 / 2 = 360 AZN 360 AZN 20 000 AZN
Rəsmi servis 20 000 AZN 880 / 2 = 440 AZN 440 AZN 20 000 AZN

Nədən qoruyur?

Şərtləri nədir?

  • Avtomobilin istehsal ili: 2005-ci ildən yuxarı
  • Avtomobilin dəyəri: 50 000 AZN-dək
  • Yaşı 22-dən aşağı olan sürücülər üçün 200 AZN azadolma
  • BMW markası üçün 200 AZN azadolma
  • Taksi fəaliyyəti ilə məşğul olan, Çin istehsallı, sport tipli və lyuks avtomobilləri istisna

Necə əldə edim?

Aşağıdakı forma ilə sorğunu göndərin, biz Sizinlə əlaqə saxlayaq.