02Sığorta məhsulları

İcbari sığorta necə işləyir?

İcbari sığorta polisi üçün hansı sənədlər tələb edilir?

  1. Nəqliyyat vasitəsinin sahibinin şəxsiyyət vəsiqəsi
  2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

Əhali arasında “İcbari avtosığorta” kimi tanınan bu sığorta növünün tam adı “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”dır. Adından bəlli olduğu kimi, bu sığorta növü avtomobilin idarəedilməsi nəticəsində digər nəqliyat vasitalərənə, sərnişinlərə, piyadalara, yol infrastrukturuna eləcə də tikililərə deyə bilən ziyanı qarşılayır. Yəni, deyək ki, siz yol nəqliyyat hadisənin qunahkarı olmusuzsa, icbari sığortanız olduğu halda qarşı tərəfə dəyən ziyanı siz yox, sizin sığorta şirkəti ödəyəcək.

İcbari sığorta əldə edərkən nəyə diqqət vermək lazımdır?

  • Şəhadətnamə buraxıldıqda yox, ödənildikdən sonra qüvvəyə minir.
  • Sığorta şəhadətnaməsi buraxılarkən sizə İcbari Sığorta Bürosu-ndan birinci SMS göndəriləcək. SMS mətnini diqqətlə yoxlayın və əmin olun ki, sizə aid məlumatlarda bir səhv yoxdur.
  • İcbari Sığorta Bürosu tərəfindən sizə göndərilən birinci SMS-in mətnində ödəniş kodu olacaq. Şəhadətnamə bu kod vasitəsilə ödənilir.
  • Qanunvericiliyə görə, Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yalnız nağdsız qaydada ödənilməlidir, yəni özünü sığorta vasitəçisi kimi təqdim edən hər-hansı bir şəxs sizdən nağd pul istəyirsə, bilin ki bu qanun pozuntusudur və siz dələduzluğa məruz qala bilərsiz.
  • Şəhadətnaməni ödəmək üçün etibarlı vasitələri, Onlayn ödəniş səhifəsi, MilliÖn terminalları, Dövlət Hökümət Portalı və Banklardır.
  • Siz ödəniş etdikdən sonra İcbari Sığorta Bürosu tərəfindən sizə şəhadətnamənin qüvvəyə minməsi haqqında ikinci SMS göndəriləcək.

Əlavə sualınız var?

Sığorta sahəsində sizi maraqlandıranları bizdən soruşun. *6565 nömrəsi ilə bizimlə əlaqə saxlayın
və yaxud aşağıdakı forma ilə geriyə zəng sifariş edin.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış PDF 145 kB Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası PDF 215 kB Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının "MilliÖn" ödəniş terminalları vasitəsilə ödənilməsinə dair İstifadəçi Təlimatı PDF 2 MB