04Media

AZSIĞORTA Bakıdakı güclü yağış nəticəsində zərər çəkmiş əmlaklar üzrə sığorta ödənişlərinə başlayıb

25/09/2018

23 sentyabr səhər saatlarında Bakı şəhərində baş vermiş güclü yağış nəticəsində bir çox əmlaklara - yaşayış evlərinə və kommersiya obyeklərinə ziyan dəymişdir. Bununla bağlı bu günə AZSIĞORTA-ya 40-a yaxın müraciət daxil olmuşdur. Bu müraciətlər, daşınar və daşınmaz əmlaklara dəyən zərərlərlə bağlıdır. İlkin hesablamalara görə, sığortalılara dəymiş ziyanın ümumi məbləği təqribən 350 - 400 min manat ətrafında dəyərləndirilir.

Hazırda, AZSIĞORTA-nın əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hər bir hadisə üzrə dəymiş zərər məbləğini dəqiqləşdirirlər. Ödənişlər, müvafiq sənədlər hazırlanandan sonra, ən qısa zamanda həyata keçiriləcəkdir.

Qeyd edək ki, güclü yağış nəticəsində əmlaklarına dəyən ziyan ilə bağlı, bütün AZSIĞORTA müştəriləri *6565, *7676, (012) 505 66 66(012) 565 66 66 nömrələr vasitəsilə şirkətə müraciət edə bilərlər.