04Media

AZSIĞORTA Brkandul kəndində keçirilən xeyriyyə aksiyasında iştirak edib

12/09/2018

Azərbaycanın aparıcı şirkətlərindən olan AZSIĞORTA yeni tədris ili ərəfəsində aztəminatlı ailələrin uşaqlarını məktəb ləvazimatları ilə təmin edilməsinə dəstək olub.

Bununla əlaqədar olaraq şirkətin əməkdaşları “Bir təbəssüm Bir ümid” layihəsi çərçivəsində sentyabrın 10-da Lerik rayonunun Brkandul kəndinə səfər ediblər. Şirkətin əməkdaşları məktəblilərə müxtəlif kitab, dəftər, qələm, çanta, karandaş və hər bir məktəblinin ehtiyacı olan digər ləvazimatlar təqdim ediblər. Aksiyanın keçirilməsində məqsəd, aztəminatlı ailələrin uşaqlarına maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına yardım etməkdir.