04Media

AZSIĞORTA-da yeni sədr müavini təyin edildi

16/04/2018

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan AZSIĞORTA-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub.

Qeyd edək ki, Yusif Soltanov sığorta sahəsində, eyni zamanda rəhbər vəzifələrdə geniş təcrübəyə malikdir. Müxtəlif dövrlərdə AZSIĞORTA-da Satış Departamentinin direktoru, Əmlak Sığortası Departamentinin direktoru, Strateji Əlaqələr Blokunun rəhbəri, Satış rəhbəri vəzifələrində çalışıb. Y. Soltanov Azərbaycan Dövlət İqtisad Universitini və Belarus Respublikası Mülki Müdafiə Universitetini bitirib.