04Media

AZSIĞORTA Şuşada ilk sığorta ödənişini edib

20/05/2021

Hazırda azad edilmiş torpaqlarımızda genişmiqyaslı yenidənqurma işləri aparılır. İllər boyu işğal altında olan vətənimizin bir parçasına həyətın qayıtması, bu ərazilərin canlandırılması üçün bu gün minlərlə insan çalışır.

Sözsüz ki, belə gərgin iş şəraitində gözlənilməz hadisələr riski də artır. Bu ərəfədə azad edilmiş ərəzilərə daşınma xidmətləri göstərən yük maşınlarından biri Şuşa istiqamətində hərəkət edərkən, yol nəqliyyat hadisəsinə uğrayıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib. AZSIĞORTA şirkəti öz öhdəliklərini tam yerinə yetirərək, dəymiş ziyana görə sığorta ödənişini edib.

Bununla bağlı şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyev öz fikirləri ilə bölüşüb: “Uzun illər xalqımız arasında belə bir dilək var idi – o gün olsun, Qarabağda ... . O gün gəldi. Cıdır Düzündə Xarı Bülbül müsiqi festivalı keçirildi, Qarabağda 29 il sonra ilk azan oxundu ... . Bu gün isə biz işğaldan azad edilən ərazilərdə ilk sığorta ödənişimizi etdik və buna çox şadıq.”

Xatırladaq ki, AZSIĞORTA şirkəti 2006-cı ildən fəaliyyət göstərir və ölkənin aparıcı sığorta şirkətlərindən biridir.