04Media

Sığorta Hadisələri departamenti yeni ofisə köçüb

27/08/2018

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan AZSIĞORTA şirkətinin Sığorta Hadisələri departamenti yeni ünvana köçürülüb.

Departament artıq yeni ünvanda - İzmir küçəsi 8, Hyatt Tower 2 binasında fəaliyyət göstərəcək. Sığorta Hadisələri departamentinin şirkətin baş ofisinə köçürülməsində məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyət və sürətinin artırılması, aparılan proseslərin optimallaşdırılması, eləcə də daxili kommunikasiyanın rahatlaşdırılmasıdır.

Departamentin yüksək səviyədə xidmət göstərməsi üçün bütün şəraitin yaradıldığı yeni ünvanda müştərilər üçün geniş gözləmə zalı ayrılıb.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. AZSIĞORTA etibarlılığı FITCH tərəfindən qiymətləndirilən ölkənin yeganə sığorta şirkətidir.