04Media

AZSIĞORTA şirkəti iri həcmli sığorta ödənişi edib

20/02/2017

AZSIĞORTA şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Ölkədə fəaliyyət göstərən dərman anbarlarının birində baş verən subasma nəticəsində, həmin anbarın təqribən 2 500 kv. m. sahəsinə külli miqdarda ziyan dəymişdir. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 300 000 manat dəyərində sığorta ödənişi etmişdir.

Qeyd edək ki, ötən ilin noyabr ayında da AZSIĞORTA şirkəti iri ödənişi etmişdir – quşyetişdirmə sexlərinin birində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə 200 000 manat sığorta ödənişi verilmişdir.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.