04Media

AZSIĞORTA şirkəti iri ödəniş edib

04/10/2016

Ödəniş Daşınmaz Əmlakın İcbari Sığortası üzrə həyata keçirilib. Abşeron rayonu ərazisində fəaliyyət göstərən quşyetişdirmə sexlərinin birində baş verən yanğın nəticəsində, həmin sexin 1700 kv. m. sahəsinə külli miqdarda ziyan dəymişdir. Müvaffiq dövlət orqanı tərəfindən, yanğının səbəbi kimi, elektrik xəttlərində yaranmış, qaza halı müəyyən olunmuşdur. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 200 000 manat sığorta ödənişi etmişdir. Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında AZSIĞORTA şirkəti 4,9 mln. manatdan artıq sığorta ödənişi etmişdir.

Onu da qeyd edək ki, bu il 10 illiyini qeyd edən AZSIĞORTA şirkəti, beynəlxalq reytinqə malik (Fitch ratings) ölkənin yeqanə universal sığorta şirkətidir.