04Media

“AzSığorta” ASC 2018-ci ilin 1-ci rübünü 3 milyon manat xalis mənfəətlə bitirib

01/08/2016

Zəlzədən sonrakı ilk saatlarda Ağsu, Fizuli, İmişli, Şirvan və Beyləqan rayonlarından AZSIĞORTA şirkətinə artıq 17 müraciət daxil olub.

Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açmışdır. Həmçinin, müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.

“Bütün müraciətlərə ən qısa zamanda baxılacaq. Biz çalışırıq bu cür hadisələrə vaxtında reaksiya verək və tənzimləmə prosesin tezləşdirilməsi üçün operativ qrup təşkil etmişik. Bizim üçün bu ilk belə təcrübə deyil – keçən il Şəkidə baş vermiş zəlzələ vaxtı biz eyni addımlar atmışdıq” deyə AZSIĞORTA şirkətinin Direktorlar Şurasının sədri Aleksandr Kananadze bildirmişdir.

Xatırladaq ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ qeyd olunmuşdur. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5,6 bal təşkil etmişdir.