04Media

AZSIĞORTA Bakıda keçirilən "Mübarizlər" yarışında iştirak edib

02/10/2018

AZSIĞORTA artıq 3-cü dəfə"Mübarizlər" layihəsinin sponsoru olub. Şirkət"Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi iləsentyabrın 29-daFövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçirilmiş yarışda iştirak edib.

Müxtəlif fərdi şəxslərin, korporativ şirkətlərin iştirak etdiyi yarışa AZSIĞORTA 2 komanda ilə qatılmışdır. Yarışın sonunda şirkətin hər iki komandası uğurla finişə çatmışdır. Şirkətin 1 nömrəli komandasının əməkdaşları isə 2 saat 52 dəqiqənəticəgörsədərək 29 şirkət arasında 15-ci yeri tutmuşdur.

“Mübarizlər” yarışı unikal və beynəlxalq statusa malik bir layihədir. İştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar.

Sığorta şirkəti olaraq AZSIĞORTA – fəal istirahət zamanıhər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq "Mübarizlər" iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onlarıoyun zamanı sığortalayır.