04Media

AZSIĞORTA-dan şəhid ailələrinə mənzil sığortası

22/11/2019

Cari ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illik yubileyi qeyd edilir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasını 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı tədbirlər planının
hazırlanıb həyata keçirilməsinə dair cari ilin fevral ayının 14-də müvafiq Sərəncamı imzalayıb

Ölkəmizdə sosial layihələrə böyük önəm verən AZSIĞORTA bu tədbirlər silsiləsinə öz töhfəsini vermək
məqsədilə Sumqayıtdan olan Aprel döyüşlərində şəhid olmuşhərbçilərimizin ailələrinə mənzil sığortası
hədiyyə edib.

Layihə çərçivəsində 19 noyabr tarixində şəhidlərimiz polkovnik-leytenant Orucov Raquf İbrahim oğlu, kiçik
gizir Baxışov Seymur Qulamşah oğlu, əsgər Məmmədov Murad Vaqif oğlu, əsgər Bayramov Şulan Bayram
oğlunun ailə üzvlərinə sığorta şəhadətnamələri təqdim edilib.

Şirkətdən bildirilib ki, “Korporativ Sosial Məsuliyyət siyasəti şirkət üçün öncəlik təşkil edən sahələrdən biridir
və AZSIĞORTA, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa
davam edəcək”

Qeyd edək ki, ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA
2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə
gücünü “B” səviyyəsində təsdiqləyib.