Hər zaman müştərilərinin qayğısına qalan AZSIĞORTA bu ənənəyə sadiq olduğunu bir daha sübut etdi.
Şirkətin tibbi sığorta xidmətindən yararlanan müştərilər artıq dərman almaq üçün əczaxana axtarmayacaqlar, çünki lazım olan preparatlar müştərinin ünvanına çatdırılacaq.
Bunun üçün müştərinin sadəcə 050 444 90 90 nömrəsinə lazım olan dərman preparatlarının siyahısını göndərməsi yetərlidir. Dərmanların çatdırılması üçün əlavə ödəniş tələb edilmir.