Fitch Ratings nüfuzlu beynəlxalq reytinq agentliyi AZSIĞORTA "B" reytinqinə uyğun maliyyə sabitliyini təsdiqləyib.
AZSIĞORTA şirkətinin Direktorlar Şurasının rəhbəri Viladi Maniyev bildirib: "Fitch tərəfindən təsdiq olunmuş “B” davamlıq reytinqi şirkətimizin sabitliyinə sübutdur. Əldə etdiyimiz təcrübə və gələcək üçün nəzərdə tutulmuş planları rəhbər tutaraq uzunmüddətli inkişaf strategiyamızın uğurla həyata keçirilməsini hədəf götürmüşük".
2018-ci ilin yanvar-sentyabr ayları ərzində inzibati xərclərin azaldılması və portfel keyfiyyətinin yüksəldilməsi sayəsində AZSIĞORTA birləşdirilmiş zərərlik əmsalını 84%-ə qədər azaltmış, nəticədə 4,3 milyon manat məbləğində xalis mənfəət əldə etmişdir.
AZSIĞORTA Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir. Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA müştərilərlə etibarlı əməkdaşlıq nümayiş etdirir. AZSIĞORTA güclü bazar mövqeyinə malikdir və Azərbaycanın sığorta bazarında əmlak, məsuliyyət və avtomobil sığortası liderlərdən biridir.