04Media

AZSIĞORTA şirkəti iri həcmli sığorta ödənişi edib

13/10/2017

AZSIĞORTA şirkəti yeni “Yarı Qiymətə KASKO” məhsulu üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

İsmayılli-Şəki yolunun 76-ci km-də hərəkətdə olan Hundai markalı avtomobilin qarşısına çıxan 3 baş iribuynuzlu heyvana çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Sirkət avtomobilə dəymiş ziyanı qarşılayaraq, 11 256 manat dəyərində sığorta ödənişi etmişdir.

Sözügedən məhsul bu il bazara təklif olunmağa başlayıb və müştəri sığorta haqqının yarısını ödəməklə bu məhsulu əldə edə bilir. Digər yarısını isə hadisə olduğu zaman azadolma məbləği olaraq ödəyir.

Qeyd edək ki, Bakcell Ulduzumla “Yarı Qiymətə KASKO” məhsulunu əldə etmək indi daha sərfəlidir. Ulduzum abunəçiləri bu məhsulu alarkən, sığorta haqqının 10%-i həcmində məbləği mobil nömrənin balansına hədiyyə olaraq qazanacaqlar.

Bu il AZSIĞORTA şirkəti daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900, 234 856 və 150 689 manat sığorta ödənişi həyata keçirib.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.