02Sığorta məhsulları

Əmlak sığortaslna niyə ehtiyac var?

Əmlak əldə etmək kifayət qədər bahalı sevincdir günümüzdə - ancaq həyatın işini bilmək olmur, yanğınlar, oğurluq, subasması və ya hər hansı təbii fəlakət. Sadəcə əmlakınızı sığortalamaqla siz professional yardım almış olur, həm də özünüzü maliyyə itkilərindən qoruyursunuz. Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş ərazidə sığortalının mülkiyyətində və ya istifadəsində olan tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalarının, mənzilləri, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakı.

Təminata daxildir:

Tövsiyə edirik: əmlak sığortası müqaviləsinə əlavə üçüncü tərəflərin məsuliyyət sığortasını daxil etməkdə fayda var.

Tariflər

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta haqqı və məbləğləri (AZN)

Şəhər Sığorta məbləği Azadolma məbləği Sığorta haqqı
Bakı şəhəri 25 000 250 50
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri 20 000 200 40
Digər yaşayış məntəqələri 15 000 150 30

Risklər

  • yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası;
  • qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • Təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • Üçüncü şəxslərin hərəkətləri.

Necə əldə edim?

Aşağıdakı forma ilə sorğu göndərin, biz sizinlə əlaqə saxlayaq.