04Media

Operativ qərargahın yekun nəticələri bəlli oldu

19/03/2019

Şamaxıda yaradılan operativ qərargah işini yekunlaşdırıb. Zəlzələ günündən etibarən 70 müraciət daxil olmuşdur. Nəticədə 48 sığorta ödənişi həyata keçirilib. 9 müraciət üzrə müştərilər tərəfindən hələ ki, bütün sənədlər təqdim edilməyib. Qalan 13 müraciət üzrə isə dəymiş ziyan cuzi olduğundan azadolma (franşıza) məbləğini aşmayıb.

Xatırladaq ki, fevralın 5-dən 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub. Müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, AZSIĞORTA fevralın 7-də bu ərazidə operativ qərargah qurmuşdur və ilk gün ərzində 30-dan çox müraciət qəbul etmişdir.

AZSIĞORTA üçün bu ilk belə təcrübə deyil – şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirmişdir.